Qidalanma
Hər gün kolbasa yeyənlərdə gec-tez bu problem yaranır -
Qidalanma

Hər gün kolbasa yeyənlərdə gec-tez bu problem yaranır - Mütəxəssis

Hər gün kolbasa yemək gec-tez artıq çəkiyə gətirib çıxaracaq və ürək xəstəliyinə də səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, endokrinoloq və diyetoloq Tatyana Bocharova RİA Novosti ilə söhbətində kolbasa asılılığının təhlükəli nəticələri barədə xəbərdarlıq edib.

Boçarova izah edib ki, 100 qram kolbasanın tərkibində 67 faizə qədər yağ ola bilər. Xüsusilə, çiy hisə verilmiş kolbasa bu göstəriciyə malikdir. Yarım hisə verilmiş məhsullarda bu göstərici bir qədər aşağıdır - 30 faizdən 44 faizə qədər.

Həkimin sözlərinə görə, qaynadılmış kolbasa ən aşağı yağ nisbətinə malikdir. Tərkibində 22-24 faiz yağ var, lakin bu, hələ də adi qaynadılmış mal ətindən çoxdur.

"Əgər kolbasa hər gün menyuda olarsa, gec-tez artıq çəki ilə bağlı problemlər yarana bilər" - deyə mütəxəssis bu məhsulu sevənlərə xəbərdarlıq edib.

Boçarova onu da qeyd edib ki, kolbasadan tez-tez istifadə böyrək xəstəliklərinin və yüksək qan təzyiqinin inkişafı riskini yaradır ki, bu da ürəyə yükü artırır.

Onun sözlərinə görə, bu, məhsulun tərkibində yüksək natrium olması ilə bağlıdır.

Həkim qeyd edib ki, əgər gündə beş qramdan çox natrium yeyirsinizsə, toxumalarda maye toplanır ki, bu da sağlamlığınıza və görünüşünüzə mənfi təsir göstərir: "Duzun çox olması səbəbindən gözlərin altında torbalar əmələ gəlir və şişkinlik yaranır". 

Tərcümə etdi: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun