Tibbi xəbərlər
Hər gün corablarını qoxulayırdı -
Tibbi xəbərlər
192

Hər gün corablarını qoxulayırdı - ağciyərlərində göbələk yarandı

Çində yaşayan 37 yaşlı bir kişi işdən evə qayıtdıqdan sonra çirkli corablarını qoxulamağı vərdiş halına gətirib.

E-saglam.az xarici KİV-ə istinadla xəbər verir ki, bir müddət sonra onda sinə ağrısı və güclü öskürək şikayətləri yaranıb və o, xəstəxanaya müraciət edib.

Aparılan müayinələr zamanı kişinin ağciyərlərində göbələk infeksiyası aşkarlanıb. Həkimlər infeksiyaya səbəb olan göbələk növünün adətən ayaqlarda, corablarda və ayaqqabılarda rast gəlinən göbələklərlə eyni olduğunu bildiriblər.

Xəstənin hər gün çirkli corablarını qoxuladığını deməsindən sonra həkimlər infeksiyanın bu vərdişlə əlaqəli ola biləcəyini qiymətləndiriblər. Mütəxəssislər həmçinin güclü stress və yorğunluğun immun sistemini zəiflədərək infeksiya riskini artıra biləcəyini qeyd ediblər.

Hadisə yerli mediada geniş əks-səda doğurub. Mütəxəssislər isə çirkli geyimlərin və ayaqqabıların uzun müddət tənəffüs yolu ilə nəfəsə çəkilməsinin sağlamlıq üçün riskli ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Ölkə.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun