
Hər gün cəmi 30 dəqiqə gəzinti fiziki və zehni rifah üçün diqqətəlayiq faydalar təqdim edir. Daimi gəzintilər ürək xəstəliyi riskini azaldır, çəkini idarə etməyə və stress səviyyələrini azaltmağa kömək edir.

E-saglam.az hər gün 30 dəqiqə gəzməyin 20 faydasını sizlərə təqdim edir:
-
Ürək xəstəlikləri riskini azaldır – Qan təzyiqini və xolesterini tənzimləyir.
-
Çəkiyə nəzarət etməyə kömək edir – Kalori yandırır, maddələr mübadiləsini gücləndirir.
-
Stressi azaldır – Kortizol səviyyəsini aşağı salır, endorfin ifrazını artırır.
-
Enerjini artırır – Qan dövranını sürətləndirir, əzələləri aktivləşdirir.
-
Zehni gücləndirir – Yaddaşı və diqqəti yaxşılaşdırır.
-
Qan dövranını stimullaşdırır – Oksigen və qida maddələrinin daşınmasını yaxşılaşdırır.
-
Piylənmənin qarşısını alır – Yağ yığılmasını və oturaq həyatın təsirlərini azaldır.
-
Narahatlığı azaldır – Zehni rahatlaşdırır, daxili sakitlik yaradır.
-
Ağciyər funksiyasını artırır – Daha yaxşı nəfəs alma imkanı yaradır.
-
D vitamini sintezini dəstəkləyir – Günəş işığına məruz qalmaqla immuniteti və sümük sağlamlığını gücləndirir.
-
Xərçəng riskini azaldır – Xüsusilə döş və kolon xərçəngi riskini azaldır.
-
Yuxu keyfiyyətini yaxşılaşdırır – Yuxu-oyanma ritmini tənzimləyir.
-
Özünə vaxt ayırmağa imkan yaradır – Zehinlilik və özünü dinləmək üçün fürsət verir.
-
Balansı yaxşılaşdırır – Əzələləri və oynaqları möhkəmləndirir, yıxılma riskini azaldır.
-
Həyat keyfiyyətini artırır – Fiziki və zehni rifahı yüksəldir.
-
Şəkərli diabet riskini azaldır – Qan şəkərini tənzimləyir, insulinə həssaslığı artırır.
-
Yaradıcılığı gücləndirir – Problem həll etmə və ideya inkişafını dəstəkləyir.
-
Sümük və əzələləri gücləndirir – Sümük sıxlığını qoruyur, əzələ tonusunu artırır.
-
Qan təzyiqini tənzimləyir – Hipertoniya riskini azaldır.
-
İmmunitet sistemini gücləndirir – Bədəni infeksiyalara qarşı daha dözümlü edir.
Sadə və davamlı olan bu vərdiş, sağlam həyatın açarına çevrilə bilər. Gəzmək sadəcə addım atmaq deyil, özünüz üçün atdığınız ən yaxşı addımdır.
Tərcümə: Könül Oruc