Xəbərlər
Hər gün 200 dəfə jim edən 92 yaşlı çinli NƏNƏ:
Xəbərlər
192

Hər gün 200 dəfə jim edən 92 yaşlı çinli NƏNƏ: insanlar şokdadır

Çində 92 yaşlı qadının gündəlik idman rejimi sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

E-saglam.az xəbər verir ki, yaşına baxmayaraq, o, hər gün fasiləsiz olaraq 200 dəfə jim edir və bu əzmkarlığı ilə izləyiciləri heyran qoyur.

Yerinə yetirdiyi idman hərəkətlərini sosial media hesabında paylaşan qadın, gümrah bədən quruluşu və enerjisi ilə təkcə Çində deyil, dünyanın bir çox ölkəsində diqqət çəkib. O bildirib ki, sağlamlığının sirri hər gün müntəzəm hərəkət etmək, sağlam qidalanmaq və pozitiv düşünməkdir.

Məlumata görə, bu qadın 60 yaşından sonra aktiv idmanla məşğul olmağa başlayıb. İllərdir səhər tezdən jim, qaçış və nəfəs məşqləri ilə günə başlayır. Onun sözlərinə görə, bu vərdişlər təkcə bədənini deyil, ruhunu da gənc saxlayır.

Həkimlər belə bir nizam-intizamın yaşlı insanlar üçün çox faydalı ola biləcəyini, lakin hər kəsin yaşına, sağlamlıq vəziyyətinə uyğun məşq proqramı seçməsinin vacibliyini vurğulayırlar.

Bu nümunə göstərir ki, yaş yalnız rəqəmdir və iradə olduqda bədəni formada saxlamaq mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun