Yandex watch
Hər 6 cütlükdən birində bu problem var:

Doğum və ginekologiya mütəxəssisi Op. Dr. Zeynep Ataman Yıldırım sonsuzluğun yalnız qadınla bağlı bir problem olmadığını vurğulayıb. Onun sözlərinə görə, sonsuzluq hallarının təxminən 40 faizində kişi faktorları əsas rol oynayır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Dr. Yıldırım bildirir ki, sonsuzluq — bir il ərzində qorunmasız və müntəzəm cinsi əlaqəyə baxmayaraq hamiləlik baş vermədikdə diaqnoz qoyulan vəziyyətdir. Ancaq qadının yaşı 35-dən yuxarıdırsa, bu müddət 6 aya endirilir. Çünki yaş artdıqca qadınların yumurtalıq ehtiyatı və yumurtaların keyfiyyəti azalır. 30 yaşından sonra məhsuldarlıq tədricən zəifləyir, 35 yaşdan sonra bu proses sürətlənir və 40 yaşdan sonra hamilə qalmaq təbii yollarla daha da çətinləşir.

Sonsuzluqda kişi faktorunun rolu

Cəmiyyətdə geniş yayılmış yanlış fikir odur ki, sonsuzluq yalnız qadınla bağlıdır. Halbuki, bütün halların təxminən 40 faizində problem kişidən qaynaqlanır. Spermanın sayı, hərəkətliliyi və quruluşu kimi parametrlər sadə bir sperma analizi ilə dəyərləndirilə bilər.

Nə zaman həkimə müraciət etməli?

Dr. Yıldırım qeyd edir ki, əgər sonsuzluqdan şübhələndirəcək hər hansı bir vəziyyət varsa – məsələn, əvvəlki pelvik infeksiyalar və ya əməliyyatlar, varikosel, testis travması, sperma sayının azlığı, təkrarlanan düşüklər və ya erkən menopoz tarixi – bir il gözləmədən dərhal mütəxəssisə müraciət olunmalıdır.

Müalicə necə planlaşdırılır?

Sonsuzluğun səbəblərini müəyyən etmək üçün hormonal testlər, ultrasəs müayinələri, HSG (histerosalpinqoqrafiya) və menstrual dövrün müəyyən günlərində aparılan sperma analizi kifayət edir. Müalicə isə fərdi yanaşma əsasında aparılır – yumurtlamanın izlənməsi, mayalanma (IUI) və laboratoriya şəraitində həyata keçirilən süni mayalanma (IVF) bu mərhələlər arasındadır.

Vaxtında müraciət uğur şansını artırır

Sonda Dr. Yıldırım vurğulayır ki, vaxtında mütəxəssisə müraciət etməklə həm müalicənin uğur ehtimalı artır, həm də cütlüklərin yaşadığı psixoloji gərginlik azaldılır.

“Müalicəyə nə qədər tez başlanılsa, nəticə əldə etmək bir o qədər asan olar,” – deyə o bildirib.

Tərcümə: Könül Oruc

E-saglam.az