Tibbi xəbərlər
Hər 4 nəfərdən birində hemoroid (babasil) var -
Tibbi xəbərlər
868

Hər 4 nəfərdən birində hemoroid (babasil) var - Əsas səbəbi açıqlandı

Hemoroid xəstəliyinin əsas səbəbi daimi və həddindən artıq gərginlikdir.

E-saglam.az xəbər verir ki, Ümumi Cərrahiyyə Mütəxəssisi Prof. Dr. Vafi Atalay bildirib ki, bu vəziyyət xüsusilə tualetə getmək üçün telefondan istifadə etmək vərdişi olan insanlarda müşahidə edilir.

Məşhur inancın əksinə olaraq, hemoroid bir xəstəlik deyil, hər kəsdə mövcud olan anatomik bir quruluşdur. Hemoroid toxuması anusun tam bağlanmasını təmin edərək qaz və nəcisin sızmasının qarşısını alır. Ancaq bu damar strukturlarının şişməsi və sallanması hemoroid xəstəliklərinə səbəb olur.

Düz bağırsaqdan qanaxma, ağrı və ya toxuma çıxıntısı kimi simptomlar müşahidə edilərsə, dərhal bir sağlamlıq mərkəzinə müraciət etmək vacibdir.

Prof. Dr. Vafi Atalay vurğulayır ki, anusdan gələn hər qanaxma hemoroiddən qaynaqlanmaz. Qanaxma şiş və ya digər bağırsaq xəstəliklərinin əlaməti ola bilər, buna görə də ciddi yanaşmaq lazımdır.

Hamiləlik dövründə hormonal dəyişikliklər və təzyiqin artması səbəbiylə hemoroidlər tez-tez baş verir. Doğuş zamanı həddindən artıq gərginlik hemoroidlərin böyüməsinə səbəb olur və əmizdirmə dövründə də narahatlıq davam edə bilər. Hamiləlik dövründə hemoroid müalicəsində dərmanlardan istifadə olunmur, çünki bu, körpəyə təsir edə bilər.

Qəbizliyə meylli insanların bəzi məqamlara diqqət yetirməsi tövsiyə edilir. Lif, meyvə və tərəvəzlə zəngin bir pəhriz qəbul etmək, tualetdə uzun müddət gərginləşməmək və gün ərzində bol su içmək hemoroid riskini azaltmaqda təsirlidir.

Hemoroidin ciddiyə alınmadığı və müalicəyə başlanmadığı hallarda bölgədə qanaxma ciddi qanazlığına səbəb ola bilər. Bu, yorğunluq, nəfəs darlığı və solğun dəri rəngi kimi əlamətlərlə müşahidə olunur. Xüsusilə yaşlı insanlarda qanazlığı ürəyə əlavə yük verir və hətta ürək çatışmazlığına səbəb ola bilər.

Baxımsız qalan hemoroidlər şişərək qanqren və ya xoralara meylli ola bilər. Belə hallarda təcili əməliyyat tələb olunur. Prof. Dr. Atalay vurğulayır ki, xəstəliyin irəliləməsini gözləmədən müalicəyə başlamaq çox vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun