Bəzi insanlarda üşümə hissi, vitamin çatışmazlığı səbəbiylə yaranır.
E-saglam.az xəbər verir ki, mütəxəssislər, D vitamini çatışmazlığının soyuqdəyməyə səbəb ola biləcəyini bildirir. D vitamini çatışmazlığının digər əlamətləri arasında yorğunluq, sümük və əzələ gücünün itməsi, bədən ağrıları, titrəmə, yuxusuzluq və yaraların yavaş sağalması var.
Daxili Xəstəliklər Mütəxəssisi Dr. Hakani Hazar, üşümənin bədənin temperaturu tənzimləmək üçün göstərdiyi reaksiya olduğunu bildirir. Soyuq havanın, rütubətin və küləyin bədənin temperaturunu aşağı salması nəticəsində soyuq hissi yaranır. Bəzi xəstəliklər, məsələn, tənəffüs yolu və mədə-bağırsaq infeksiyaları, həmçinin hipotiroidizm, diabet və böyrək xəstəlikləri də üşüməyə səbəb ola bilər.
Soyuq havanın dəridə allergik reaksiyalar yaratdığını da vurğulayan Dr. Hazar, histaminin sərbəst buraxılması nəticəsində dəridə qızartı, qaşınma və şişkinlik yaranmasını izah edir.
Soyuq hissi bəzi şərtlərlə, məsələn, qan şəkərinin düşməsi, stress, yorğunluq və qan dövranı problemləri ilə əlaqəli ola bilər. Bu hissi yüngülləşdirmək üçün, uyğun paltar seçmək, düzgün qidalanmaq və vitaminlərlə immuniteti dəstəkləmək vacibdir. Eyni zamanda, D vitamini çatışmazlığını aradan qaldırmaq üçün pəhrizdəki dəyişikliklər də tövsiyə olunur.
Könül Oruc