Bu gün Laçında hərbi nəqliyyat vasitəsinin qəzaya düşməsi nəticəsində iki hərbi qulluqçumuz həlak olub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Oxu.Az-a bildirib ki, şəhid statusu qanuna uyğun olaraq hərbi hissə tərəfindən verilən bildiriş əsasında verilir.
Qeyd olunub ki, bu gün həlak olan hərbi qulluqçular - Həsən İsmayılov və Səxavət Axundovun xidmət vaxtı həlak olmalarını təsdiq edən rəsmi arayış təqdim olunduqdan sonra şəhidlik statusu veriləcək.
Həmin hərbçilərin fotolarını təqdim edirik:
Xaçmaz rayonu Sayad kənd sakini əsgər Axundov Səxavət Fərasət oğlu
Gəncə sakini gizir İsmayılov Həsən Ümid oğlu