
Bilirik ki, yediklərimiz sağlamlığımıza böyük təsir göstərir. Çoxumuz yeməklərimiz üçün qidalı qidalar seçmək üçün əlimizdən gələni edirik.

E-saglam.az xəbər verir ki, bol tərəvəz istehlak etmək və işlənmiş ət və rafinə şəkəri minimuma endirmək sağlam yaşlanma üçün yaxşı başlanğıcdır. Seçdiyimiz bəzi qidalar bədəni "zireh kimi" qoruya, onun yaşlanmasına kömək edə bilər. Həkimlərin tövsiyə etdiyi ömrü uzadan qidalar aşağıdakılardır.
1. Qaragilə
Bu kiçik meyvə antioksidant və C vitamini ilə zəngindir, hüceyrələri qoruyur, DNT-ni dəstəkləyir və kollagen istehsalını artıraraq dərini gənc saxlayır.
2. Pomidor
Pomidor dərini içəridən qoruyur və qocalma əlamətlərini yavaşladır. İspanaq, qırmızı bibər, yerkökü və kələm kimi tərəvəzlər də oxşar təsirə malikdir.
3. Tam taxıllı qidalar
Sıyıq, qəhvəyi düyü, makaron və şirin kartof enerjini tədricən buraxaraq hormonal balansı qoruyur, dərini zədələrdən qoruyur və ürək xəstəlikləri riskini azaldır.
4. Qoz-fındıq
Badam və qoz kimi çərəzlər E vitamini, zülal və omeqa-3 ilə zəngindir, dərini yeniləyir və qocalma prosesini yavaşladır.
5. Sağlam yağlar
Somon və sardina omeqa-3 mənbəyidir, qan təzyiqini tənzimləyir və dərini nəmləndirir. Zeytun və kolza yağı da ürək sağlamlığı üçün faydalıdır.
Tərcümə: Könül Oruc