Yandex watch
Həkimlərin tövsiyə etdiyi 5 günlük rejim:

Mütəxəssislər yaş artdıqca bədənin təbii ritminin dəyişdiyini və buna uyğun olaraq idman vərdişlərinin də yenilənməli olduğunu bildirirlər. Xüsusilə 50 yaşdan sonra məşq rutininizə yenidən baxmaq vacibdir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, şəxsi məşqçi Stiv Stounhaus deyir ki, idman yaşa uyğun şəkildə edilməlidir. Adətən 30 yaşlarında insanlar özlərinə uyğun fitness rejimi qurmuş olurlar. Amma zaman keçdikcə əzələ kütləsi, sümük sıxlığı və metabolizma sürəti azalır. Bu da formada qalmağı çətinləşdirir və hərəkət imkanlarını məhdudlaşdırır.

Stonehouse bu mərhələdə idmandan imtina etməyi deyil, əksinə, düzgün və təhlükəsiz məşqlərlə zədələnmələrin qarşısını almağı uzunmüddətli sağlamlığın açarı hesab edir.

Şüurlu məşq necə edilməlidir?

Güc məşqlərinə üstünlük verin. Əzələ tonusunu qoruyan, sümükləri gücləndirən və metabolizmanı aktiv saxlayan məşqlər vacibdir. Başlanğıc üçün yüngül gəzinti, rezin lentlə məşqlər və ya az çəki ilə edilən ağırlıq hərəkətləri ideal seçimdir.

Eyni zamanda elastiklik də unudulmamalıdır. Dinamik dartınma hərəkətləri və yoga oynaqları qoruyur, hərəkət azadlığını artırır.

Bərpa üçün isə bədəninizə zaman tanıyın. Yaxşı yuxu və aktiv istirahət bu yaş dövründə daha da önəmli olur. Vücudu həddindən artıq yükləmədən, balanslı şəkildə məşqə davam etmək tövsiyə olunur.

30 yaşındakı biri hələ də maksimum güc və dözümlülüyü hədəfləyə bilər, amma 50 yaşdan sonra prioritet zədələrdən qorunmaq, elastik qalmaq və əzələ itkisinin qarşısını almaq olmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az