Xəbərlər
“Həkimlərin məsuliyyətsizliyi ucbatından
Xəbərlər
246

“Həkimlərin məsuliyyətsizliyi ucbatından gözləri məhv oldu” - Video

“Həkimlərin məsuliyyətsizliyinə görə, oğlumun gözləri məhv oldu, hara aparsam da, çarə tapılmadı”.

E-saglam.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu sözləri qiraətçi Pünhan İsmayıllı “Həmin Zaur” verilişində oğlu Ağasəlim ilə birlikdə qonaq olarkən deyib. 

Qiraətçi oğlunun görmə məhdudiyyətli olması ilə bağlı ilk dəfə danışdığını qeyd edib: “Bu barədə heç danışmamışam. Oğlumun 3 yaşına qədər görmə qabiliyyəti var idi.  Həkimlərin məsuliyyətsizliyi onun gözlərinin məhv olmasına səbəb oldu. Hazırda heç görmür. Dünyanın harasına aparsam da, çarəsi tapılmadı”. 

“Ağasəlim 5 il musiqi məktəbində oxuyub. Ona sadəcə maddi dəstək olmuşam, qalan bütün əziyyətini anası çəkib. Bunun üçün anasına təşəkkür edirəm. 4 il Asəf Zeynallı adına Musiqi Kollecində təhsil alıb. Bundan sonra Mədəniyyət və İncəsənət Universitetində 4 il, Xoreqrafiya Akademiyasında isə 2 il oxuyub. Elmi dərəcəsi var. Bu, onun öz sahəsidir, bəstəkardır. Bir çox xalq artistləri oğlumun bəstələrini oxuyurlar, bunun üçün onlara minnətdaram”, - P.İsmayıllı əlavə edib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun