Qidalanma
Həkim toyuq və hinduşkanın faydalarını müqayisə edib -
Qidalanma

Həkim toyuq və hinduşkanın faydalarını müqayisə edib - Hansı daha üstündür?

Onkoloq Leonid Doronin bildirib ki, toyuq və hinduşka ətinin tərkibində müxtəlif qida maddələri var.

E-saglam.az xəbər verir ki, həkim Telegram kanalında bu məhsulların faydalarını müqayisə edib.

Həkimin sözlərinə görə, həm toyuqda, həm də hinduşkada çoxlu protein var. Bununla belə, o, bu məhsulların bir-birindən ciddi şəkildə fərqləndiyini vurğulayıb. Xüsusilə, Doronin qeyd etdi ki, dərisiz hinduşka sinəsi toyuqun eyni hissəsindən daha çox dəmir və daha az xolesterin ehtiva edir.

Hinduşkada daha çox protein və beyin sağlamlığı üçün vacib olan kolin var. Eyni zamanda, Doronin, toyuq döşünün bir qədər yüksək PDCAAS balına malik olduğuna diqqət çəkib. Bu bal zülalın həzm qabiliyyətini ölçmək üçün istifadə olunur. Həkimin izah edib ki, hinduşka üçün bu, mümkün olan maksimum bir baldan 0,91 bal, toyuq üçün isə 0,93 baldır.

“Hər iki quş ətini yemək yaxşıdır, amma hinduşka hələ də qidalanma baxımından toyuğa qalib gəlir. Gündəlik zülal qəbulunuzu maksimuma çatdırmaq istəyirsinizsə, onu da seçməyə dəyər”, - deyə həkim əlavə edib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun