Məşhur məişət üsulu olan su dezinfeksiyası səhv istifadə edildikdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Ekspert izah etdi ki, qaynatma mikrobları və bakteriyaları öldürür, lakin təkrarlanan dövrlər suda duzların və ağır metalların konsentrasiyasını artırır. Bundan əlavə, xlorla təmizlənmiş bələdiyyə kran suyu qızdırıldıqda potensial təhlükəli kanserogen birləşmələr əmələ gətirə bilər.
Prokofyev vurğulayıb ki, "Mütəmadi olaraq təkrar qaynadılmış və ya çoxlu əhəng daşı olan çaydanlardan su içmək böyrəklərə mənfi təsir göstərir və bu da böyrək zədələnməsinə səbəb ola bilər. Mümkün metabolik pozğunluqlar səbəbindən əlavə risk mövcuddur".
Həkim həmçinin qeyd edib ki, qaynatma suyu oksigen və faydalı mikroelementlərdən məhrum edir və bioloji dəyər baxımından onu "ölü" edir. Belə suyu çaydanda və ya qrafində uzun müddət saxlamaq bakteriyaların yenidən çoxalması üçün əlverişli mühit yaradır.
Tərcümə: Könül Oruc