Tibbi xəbərlər
Həkim-neyrocərrah: Qafqaz xalqları insult və yüksək təzyiqə
Tibbi xəbərlər

Həkim-neyrocərrah: Qafqaz xalqları insult və yüksək təzyiqə meyillidir

E-saglam.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində həkim-neyrocərrah Toğrul Cavadov deyib.

İnsult xəstəliyi barəsində də danışan mütəxəssis bildirib: "İnsultun artma səbəbi orta ömür yaşının artması ilə əlaqədardır. Qafqaz xalqları insult və yüksək təzyiqə bir qədər meyillidir. Həmçinin sağlamlığımıza laqeyd millətlər sırasındayıq. Uzun müddət təzyiqdən əziyyət çəkən insanlar həkimə müraciət etmədiklərində insult halları arta bilir. Zamanında şəkərin, təzyiqin, qanda xolesterinin miqdarı tənzimlənərsə insult hallarını azalda bilərik.

Təəssüf ki, insultun əvvəlcədən müəyyənləşdirilə bilən Check-up müayinə üsulu yoxdur. Bütün patologiyalar arasında damar patalogiyalarının Check-up müayinəsi aparılmır. Ona görə də, insult hazırlıqsız yaxalandığımız xəstəliklər qrupundadır.

Ümumiyyətlə, insultun iki növü var: qanama ilə gedən, damar tıxanıqlığı ilə gedən. Damar tıxanıqlığı ilə gedən müəyyən siqnal verə bilir. Hematoma, qanama ilə gedən - hansı ki ən ağır onların proqnozudur - onu əvvəldən müəyyən etmək çətindir. Beyin qanamaları daha çox onunla bağlıdır. Beyin qanamalarının ən sox səbəbi təzyiqlə əlaqədardır. Təzyiqi normal saxlasaq, insultların böyük hissəsinin qarşısını ala bilərik".

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun