Onkoloq Leonid Doronin bildirib ki, müntəzəm olaraq qara çay içən insanlar bu vərdişi olmayanlara nisbətən daha uzun yaşayırlar.
E-saglam.az xəbər verir ki, həkim bu içkinin sağlamlığa təsirini özünün Telegram kanalında açıqlayıb.
Həkimin sözlərinə görə, alimlər qara çayın məşhur olduğu Böyük Britaniyada on bir il ərzində yarım milyon insanı müşahidə ediblər. Araşdırma nəticəsində məlum olub ki, müntəzəm olaraq iki və ya daha çox stəkan qara çay içmək insan orqanizminə müsbət təsir göstərir. Xüsusilə, ürək-damar xəstəlikləri, koroner ürək xəstəliyi və insultdan ölüm riskini azaldır.
Doronin qeyd edib ki, qara çaya hətta şəkər və süd əlavə edildikdə belə onun təsiri davam edir
"İçkinin temperaturu heç bir rol oynamadı", - deyə onkoloq aydınlaşdırdı.
Həkim qara çayın bu təsirini onunla izah edib ki, onun tərkibində bioaktiv birləşmələr, o cümlədən polifenollar və flavonoidlər bütün orqanizmdə iltihabı azaldır və stresslə mübarizə aparır.
Tərcümə: Könül Oruc