Xəbərlər
Həkim Azər Maqsudovun məhkəməsi
Xəbərlər
1076

Həkim Azər Maqsudovun məhkəməsi başlayıb 

Tanınmış alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirləndirilən Azər Maqsudovun məhkəməsi başlayıb.

E-saglam.az xəbər verir ki, Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş şəxsin vəkilləri vəsatətlərində mülki iddia və təqsirləndirilən şəxsin əmlakına həbs qoyulması məsələsini qaldırıblar.

Məhkəmə heyəti müşavirədən sonra mülki iddianı icraata qəbul edib, digər vəsatəti isə təmin etməyib.

Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin olunub.

Xatırladaq ki, qəza ötən ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.

Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun