Tibbi xəbərlər
Həkim aşağı təzyiqin təhlükəli nəticələri barədə
Tibbi xəbərlər
191

Həkim aşağı təzyiqin təhlükəli nəticələri barədə xəbərdarlıq etdi

Terapevt Şota Kalandia aşağı qan təzyiqinin – hipotoniyanın – hipertoniyadan az təhlükəli olmadığını bildirib.

E-saglam.az xəbər verir ki, o, hipotoniyanın nəticələri və mümkün fəsadları barədə danışıb.

Mütəxəssisin sözlərinə görə, aşağı qan təzyiqi toxumalara oksigenin daşınmasını zəiflədir və bu, insanlarda zəiflik, başgicəllənmə, yorğunluq və diqqət dağınıqlığı kimi əlamətlərə səbəb olur. Bəzi hallarda qulaqlarda küy, tərləmə və ya bədən vəziyyətinin sürətli dəyişməsi zamanı qısa müddətli huş itkisi də müşahidə oluna bilər.

Kalandia qeyd edib ki, hipotoniya adətən müxtəlif xəstəliklərlə əlaqəli olur. Buraya anemiya, qalxanabənzər vəz problemləri, aritmiya, xroniki ürək çatışmazlığı, böyrəküstü vəz çatışmazlığı, vegetativ disfunksiya və xroniki yorğunluq sindromu daxildir. Aşağı təzyiq həmçinin B vitamin çatışmazlığı, susuzlaşma, zəhərlənmə və gizli qan itkisi səbəbindən də yarana bilər.

Həkim əlavə edib ki, davamlı aşağı təzyiq insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır. Enerji çatışmazlığı, yuxululuq və performansın azalması fonunda idrak funksiyaları zəifləyir, məlumatı cəmləşdirmək və yadda saxlamaq çətinləşir. Fiziki fəaliyyət isə daha az dözümlü olur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun