Praktikant həkim Svetlana Burnatskaya allergiyaların koronavirusun nəticəsi olub-olmadığını açıqlayıb.
E-saglam.az xəbər verir ki, o, COVID-19 da daxil olmaqla virus infeksiyalarından sonra tənəffüs yollarının selikli qişasının daha həssas ola biləcəyini izah etdi.
"Bu vəziyyət hiperreaktivlik adlanır və özünü allergiyaya bənzər simptomlarla - burun axıntısı, qaşınma, asqırma və şişkinliklə büruzə verir. Lakin, əksər hallarda bu, yeni bir allergiyanın inkişafı deyil, bədənin əvvəlki xəstəliyə müvəqqəti reaksiyasıdır", - deyə ekspert bildirib.
İmmun sistemi bir müddət daha aktiv qalır və selikli qişalar polen, quru hava və ya kəskin qoxular kimi xarici qıcıqlandırıcılara qarşı həssas olur.
Tərcümə: Könül Oruc