Sağlamlıq
Həkim 90 yaşa qədər yaşamağın
Sağlamlıq
136

Həkim 90 yaşa qədər yaşamağın sirrini açıqladı

Gerontoloq Valeri Novoselov uzunömürlülüyün sirlərini açıqlayıb.

E-saglam.az xəbər verir ki, o, "aif.ru"ya verdiyi müsahibədə o, 90 yaşa qədər sağlam yaşamağın mümkün olduğunu bildirib.

Novoselovun sözlərinə görə, hipoksik terapiya insanın oksigensiz hava ilə qısa müddət nəfəs almasını nəzərdə tutan xüsusi prosedurdur. Bu üsul qocalma prosesinə qarşı təsir göstərir, çünki bədən tükənmiş havanı təhlükə siqnalı kimi qəbul edir və buna cavab olaraq damar tonusunu artırır, qan dövranını stimullaşdırır.

“Hipoksik terapiya adətən tsiklik şəkildə həyata keçirilir: insan beş dəqiqə oksigensiz havanı nəfəs alır, sonra beş dəqiqə dincəlir. Bu dövr bir saat davam edir” – deyə gerontoloq izah edib.

Novoselov uzunömürlülüyün digər sirlərini də açıqlayıb: müntəzəm idman, balanslı qidalanma və hormon əvəzedici terapiya. Bu, kişilər və qadınlar üçün yaşla bağlı cinsi hormon çatışmazlığını kompensasiya edərək orqanizmin sağlam qalmasına kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun