İspan kardioloqu Aurelio Roxas səhər qəhvəsini uzunömürlü içki adlandırıb.
E-saglam.az xəbər verir ki, həkim öz açıqlamasını qəhvənin orqanizmə müsbət təsirini təsdiqləyən genişmiqyaslı araşdırmanın nəticələri ilə dəstəkləyib.
ABŞ-ın Tulane Universitetinin Piylənmə Araşdırma Mərkəzinin alimləri müntəzəm olaraq qəhvə içən 20 000 könüllünün məlumatlarını öyrəniblər. Məlum oldu ki, səhərlər gündəlik qəhvə istehlakı eksperiment iştirakçılarının vaxtından əvvəl ölüm riskini 16%, ürək-damar xəstəliklərindən ölüm riskini isə 30% azaldıb.
Aurelio Rojas aydınlaşdırdı ki, əsas rolu qəhvədən istifadə vaxtı oynayır: yalnız səhər içkisi sağlamlıq üçün əsl fayda gətirir. Günortadan sonra bir içki, əksinə, hormonal tarazlığa mənfi təsir göstərə bilər və bədənin bioloji saatını pozaraq yuxusuzluğa səbəb ola bilər.
Tərcümə: Könül Oruc