Xəbərlər
Həftəsonundan sonra da özünüzü yorğun hiss edirsiniz? -
Xəbərlər
77

Həftəsonundan sonra da özünüzü yorğun hiss edirsiniz? - Alimlərin sadə izahı var

Pandemiyadan sonra bir çox insan daimi yorğunluqdan şikayət edir. Əgər siz də bazar ertəsi oyandığınızda özünüzü hələ də tükənmiş hiss edirsinizsə, səbəb çox sadə ola bilər – yuxu çatışmazlığı və düzgün istirahət etməmə.

E-saglam.az xəbər verir ki, həkimlər bildirirlər ki, bədənin bərpası üçün gündəlik 6-8 saat keyfiyyətli yuxu vacibdir. Yalnız yatmaq kifayət deyil, yuxu mühiti də əhəmiyyətlidir: otağın qaranlıq olması, rahat geyim və sakit atmosfer dərin yuxu üçün vacib şərtlərdir.

Digər səbəb isə stressdir. Əsəb gərginliyi yuxuya getməni çətinləşdirir. Gecə yaxşı yata bilməmək isə gündəlik stresə qarşı dözümsüzlük yaradır. Beləliklə, yorğunluq və stress bir-birini qidalandıraraq sizi daimi pis vəziyyətdə saxlayır.

Bu dövrəni qırmaq üçün həftəsonunu sadəcə istirahət deyil, bərpa və enerji toplama vaxtı kimi keçirmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun