Yandex watch
Həddindən artıq meyvə yemək qaraciyər yağlanmasına

Memorial Ataşehir Xəstəxanasının Endokrinologiya üzrə mütəxəssisi dosent doktor Gökhan Özışık, meyvələrin həddindən artıq istehlakının zərərsiz görünsə də, tərkibindəki təbii şəkərlərin sağlamlığa mənfi təsir göstərə biləcəyini bildirib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, xüsusilə fruktoz baxımından zəngin olan meyvələr nəzarətsiz istifadə edildikdə qaraciyərin yağlanmasına və insulin müqavimətinə yol aça bilər.

Qaraciyər yağlanması və insulin müqaviməti riski

Dosent Özışık izah edir ki, meyvələrdəki şəkər qaraciyərdə yağ yığılmasına səbəb olur. Bu, zamanla qaraciyər hüceyrələrinin insulina qarşı həssaslığının azalmasına gətirib çıxarır. Nəticədə insulin müqaviməti inkişaf edir, yağların daşınmasında iştirak edən zülalların fəaliyyəti pozulur və bu da yüksək xolesterin və digər maddələr mübadiləsi pozğunluqlarına səbəb ola bilər.

Meyvə necə istehlak edilməlidir?

Gündəlik sağlam qidalanma üçün 4-5 porsiya meyvə-tərəvəz tövsiyə edilir. Lakin tərəvəzlərin daha az şəkər tərkibinə malik olması onları daha üstün qida seçimi halına gətirir. Meyvə istehlakı zamanı isə bəzi vacib məqamlara diqqət yetirilməlidir:

– Meyvə səhər yeməyindən əvvəl və ya əsas yeməklərdən ən az 2 saat sonra yeyilməlidir.
– Axşam yeməklərindən sonra meyvə istehlakından çəkinmək məsləhətdir.
– Tünd rəngli, az şirin və az kalorili meyvələrə üstünlük verilməlidir.
– Meyvə kompotları az şəkərlə hazırlanmalı, mürəbbələrə qarşı diqqətli yanaşılmalıdır.
– Meyvə salatlarına şirin qaymaq və ya şokolad sousu əlavə edilməməlidir.
– Meyvəni qatıqla birlikdə istehlak etmək daha az miqdarda yeməyə kömək edə bilər.
– Hazır meyvə şirələri və limonadlar əvəzinə təzə sıxılmış, şəkərsiz və şüşə qabda saxlanılan variantlara üstünlük verilməlidir.
– Meyvəli dondurmalar sağlam qida hesab edilməməlidir.

Dosent Gökhan Özışık qeyd edir ki, meyvə sağlamlığımız üçün vacibdir, lakin onun istifadəsi balanslı və düzgün zamanlama ilə olmalıdır. Əks halda faydalı hesab etdiyimiz bu təbii qidalar bədənimiz üçün gözlənilməz fəsadlara səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az