Yandex watch
​​​​​​​Heç vaxt günəş kremini belə saxlamayın:

Havaların isinməsi ilə günəşin dərimizə təsiri də artır. Dəriyə zərər vuran ultrabənövşəyi şüalardan qorunmaq üçün günəş kremlərindən istifadə vacib olsa da, bu vasitələrdən düzgün istifadə edilmədikdə onların təsiri xeyli azalır. Mütəxəssislər insanların yay fəslində tez-tez etdiyi bir səhvə diqqət çəkirlər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, dəri mütəxəssisi Neal xəbərdarlıq edir ki, günəşdən qoruyucu kremlərin qoruyucu xüsusiyyətini saxlaması üçün onları sərin və kölgəli yerdə saxlamaq lazımdır. Kremlərin avtomobil salonu kimi isti yerlərdə saxlanması tərkibindəki aktiv maddələrin pisləşməsinə, nəticədə məhsulun effektivliyinin azalmasına səbəb ola bilər.

İstifadə müddətinə diqqət edin

Neal həmçinin qeyd edir ki, günəş kremini istifadə etməzdən əvvəl məhsulun son istifadə tarixinə və qablaşdırmadakı açıldıqdan sonra istifadə müddətinə mütləq baxmaq lazımdır. İstifadə müddəti bitmiş və ya çoxdan açılmış məhsullar dəriyə lazımi qorumanı təmin etmir.

Yalnız krem kifayət deyil

Mütəxəssis vurğulayır ki, günəşdən qorunma yalnız krem istifadə etməklə kifayətlənməməlidir. Günəşin birbaşa təsirindən qorunmaq üçün şapka, gün eynəyi və uyğun geyimlər də vacibdir. Günəş kremləri isə hər iki saatdan bir, üzgüçülük və ya tərləmədən sonra isə daha tez-tez təzələnməlidir.

Ən az SPF 30 seçin

Neal tövsiyə edir ki, dəri qorunması üçün ən az SPF 30 olan günəş kremlərinə üstünlük verilməlidir. Bu, günəş şüalarının zərərli təsirlərinə qarşı daha etibarlı qoruma təmin edir.

Qısacası, düzgün məhsul seçmək qədər onun necə və harada saxlandığı da dərinizin sağlamlığı üçün son dərəcə önəmlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az