Yandex watch
Heç kim evə çörək almayacaq -

Uzun müddət tox qalmaq üçün çörək, makaron, yumurta və düyü kimi qidalara üstünlük verənlər artıq seçimlərini dəyişir. Cəmi bir qaşıq istehlak etdikdə belə, bu qida sizi axşama qədər tox tutmaqla yanaşı, balanslı və sağlam qidalanmanın əsasını təşkil edir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu möcüzəvi qida yemək vərdişlərində ciddi dəyişikliklərə səbəb ola bilər. Kinoa, yüksək lif və zülal tərkibi ilə toxluq hissini uzun müddət təmin edir. Tərkibində 4,4 qram protein və 2,8 qram lif olan kinoa, makaron və düyüyə nisbətən daha balanslı qidalanma profili təqdim edir. Üstəlik, qlüten ehtiva etmədiyi üçün özü dözümsüzlüyü olan insanlar üçün ideal alternativdir.

Mütəxəssislər kinoanın təkcə tox saxlamadığını, həm də zəngin vitamin və mineral tərkibi ilə enerjini artırdığını və sağlam çəkiyə çatmağa kömək etdiyini bildirirlər. Sağlam qidalanma qaydalarına uyğun olaraq, kinoa həm həzmi yavaşladır, həm də bədən üçün lazımlı qida maddələrini təmin edir.

Kinoa, qidalanmasında dəyişiklik etmək və sağlam seçimlərə üstünlük vermək istəyənlər üçün mütləq sınaqdan keçirilməli bir qidadır. Balanslı, ləzzətli və faydalı bir pəhriz üçün ideal seçimdir.

Tərcümə: Könül Oruc

E-saglam.az