Xəbərlər
Hava təravətləndiricisi səbəbindən ev partlayıb
Xəbərlər
261

Hava təravətləndiricisi səbəbindən ev partlayıb

Rusiyada çoxmərtəbəli mənzillərdən biri hava təravətləndiricisi səbəbindən partlayıb.

E-saglam.az-ın lenta.ru-ya istinadla verdiyi məlumata görə, qorxunc hadisə Çerepovets şəhərində qeydə alınıb.

Ev sahibinin sözlərinə görə, vanna otağında hava təravətləndiricisinin güclü qoxusu olub. 37 yaşlı kişi də iyin mənbəyini araşdırmaq üçün alışqanı yandırıb. Bu zaman bir anda partlayış baş verib, kişi və 40 yaşlı həyat yoldaşı alovlara bürünüb. Alov onlardan asma tavana keçib və əriyən plastik onların üzərinə damcılamağa başlayıb.

Kişi həyat yoldaşının vanna otağından çıxmasına kömək edib və təcili yardım çağırıb. Onların hər ikisi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yanğın öz-özünə sönüb. Qonşu mənzillərə zərər dəyməyib.

Qeyd edilib ki, baş verənlərin səbəbi hava təravətləndiricisi balonunun hermetikliyinin pozulması olub.(oxu.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun