Yandex watch
Hava limanı yaxınlığında yaşamaq ölüm riskini artırır -

Tədqiqatçılar, hava limanlarına yaxın yaşayan və havaya qalxan və enən təyyarələrin səs-küyünə məruz qalan insanların ürək sağlamlığı üçün daha çox risk altında ola biləcəyini müəyyən ediblər.

Emlakbazari.az

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaya görə, səs-küyə məruz qalmaq infarkt keçirmə ehtimalını artıra bilər.

"Journal of American College of Cardiology" jurnalında dərc edilən araşdırmada İngiltərənin Heathrow, Gatwick, Birmingham və Mançester hava limanları yaxınlığında yaşayan 3635 nəfərin ürək görüntüləmə məlumatları araşdırılıb.

Təyyarələrin yüksək səs-küylü ərazilərdə yaşayan insanların ürəyi ilə təyyarə səs-küyü az olan ərazilərdə yaşayan insanların ürəyi müqayisə edilib.

Səs-küylü ərazilərdə yaşayanların ürək əzələləri daha sərt və qalındır və yığılma və genişlənmədə çətinlik çəkir - bütün bədənə qan pompalamaqda daha az təsirli olduğu göstərilmişdir.

Bu vəziyyətin xüsusilə gecə saatlarında daha çox təyyarə səsinə məruz qalanlar üçün keçərli olduğu bildirilib. Tədqiqatçılar bunun yuxunun pozulması və insanların gecələr evdə olma ehtimalının daha çox olması və buna görə də səs-küyə daha çox məruz qalması ilə bağlı ola biləcəyini düşünürlər.

Tərcümə: Könül Oruc

E-saglam.az