Faydalı
Hansı səhər yeməyi imtahandan əvvəl beyin funksiyasını yaxşılaşdırır?
Faydalı

Hansı səhər yeməyi imtahandan əvvəl beyin funksiyasını yaxşılaşdırır?

İmtahanlara hazırlaşarkən yadda saxlamaq lazımdır ki, sağlam həyat qaydalarını unutmaq olmaz. Gecə gec yatmayın, kifayət qədər yatın və düzgün yeyin. Həddindən artıq yemək bədənin bütün enerjisini imtahan zamanı məlumatı mənimsəməyə deyil, həzm etməyə sərf etməsinə səbəb olur.

E-saglam.az xarici mediaya əsasən xəbər verir ki, yeməklər, müntəzəm olmalıdır: səhər yeməyi, nahar və şam yeməyi. Porsiyalar adekvat olmalıdır və pəhrizdə kifayət qədər miqdarda protein, vitamin və bitki yağları olmalıdır. Yaxşı qidalar gün ərzində diqqətinizi daha yaxşı toplamağa və gecə daha yaxşı yatmağa kömək edir və narahatlığı azaldır.

İmtahandan əvvəl nişastalı qidalardan hazırlanmış yeməklərlə nahar etmək lazımdır: makaron, düyü, kartof və çörək yüksək kalorilidir, dinc yatmağınıza kömək edəcək. Gecələr, istəsəniz, bir stəkan ilıq südü bal ilə (allergiya yoxdursa) içə bilərsiniz.

Səhər otaq temperaturunda bir stəkan su içmək lazımdır, sonra asanlıqla həzm olunan zülal və liflə zəngin qidalarla səhər yeməyi: yumurta, lobya, ballı yulaf ezmesi. Banan, qoz-fındıq, kişmiş, quru ərik, ananas, meyvə və ya milkşeyk yeyə bilərsiniz.

“Kakao paxlası beyinə faydalı təsir göstərir. Bir dilim tünd şokolad və ya bir fincan kakao zehni işlərin öhdəsindən gəlməyə mükəmməl kömək edir" deyə həkim Elena Evdokimova deyib.

İmtahandan dərhal əvvəl bir neçə qurtum su içməyi unutmayın. Həm adi su, həm də yaşıl çay içə bilərsiniz.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun