Sağlamlıq
Hansı pozada yatmaq təhlükəlidir? -
Sağlamlıq

Hansı pozada yatmaq təhlükəlidir? - Mütəxəssisdən məsləhət

E-saglam.az-ın xəbərinə görə, "HuffPost" nəşri yuxu üzrə məşqçi (kouç) Ceyms Uilsonun bu barədə fikirlərini dərc edib.

Mütəxəssisin sözlərinə görə, qarnıüstə yatmaq onurğa sütunu, boyun, omba, diz və daxili orqanlar üçün zərərlidir.

"Gecə istirahəti zamanı bədənin bu vəziyyətdə qalması travmalara, fəqərələrin yerindən çıxmasına, boyunun dartılmasına səbəb ola, həmçinin yuxunun keyfiyyətini və davamlılığını pisləşdirə bilər", - deyə o bildirib.

Uilsonun qeyd etdiyinə görə, qarnıüstə yatmağa daha təhlükəsiz alternativ yan tərəfə uzanıb ayaqlarının arasına yastıq qoymaqdır.

Mədə-bağırsaq xəstəlikləri üzrə ixtisaslaşmış cərrah Karan Racan da bu fikirlə razıdır. Onun sözlərinə görə, mədə-bağırsaq pozğunluqları zamanı sağ tərəf deyil, sol tərəf üzərində yatmaq daha faydalıdır. Bu vəziyyət, həkimin bildirdiyinə görə, mədənin içindəkilərinin qida borusuna daxil olmasını çətinləşdirir ki, bu da turşu reflüsünün riskini azaldır. (oxu.az)

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun