Qidalanma
Hansı dərmanla hansı qidanı birlikdə
Qidalanma

Hansı dərmanla hansı qidanı birlikdə qəbul etmək olmaz? - DİQQƏT

Bir sıra dərmanlar var ki, onları qəbul edərkən qidalanmaya xüsusi diqqət yetirmək lazımdır. Yoxsa həmin dərmanların faydasından çox zərəri ilə üzləşə bilərik.

E-saglam.az xarici KİV-ə istinadla həmin dərman və qidaların siyahısını təqdim edir:

Zob dərmanları ilə qoz

Qoz və digər lif baxımından zəngin qidalar zob dərmanı vasitələrinin sorulmasına mane olur. Zob dərmanı vasitələrində olan kimyəvi maddələrin sorulması üçün yatmadan dərhal əvvəl qəbul olunması təklif edilir.

Antibiotiklə süd və süd məhsulları

Süd və süd məhsullarında olan kalsium antibiotiklərin udulmasını azalda bilər ki, bu da antibiotiklərin effektivliyini inkar edə bilər. Buna görə də antibiotiklər süd və süd məhsulları istehlak edildikdən 1-2 saat sonra qəbul edilməlidir.

Qan durulaşdırıcılarla zoğal suyu

Qan durulaşdıran dərman qəbul edərkən zoğal şirəsi içən xəstələrin qanının əlavə durulduğu və bunun təhlükəli fəsadlara yol açdığı müşahidə edilib.

Təzyiq dərmanı ilə banan

Təzyiq dərmanları bədəninizdəki kalium miqdarını artırır. Normalda faydalı olan kalium həddindən artıq aldıqda, ürək problemləri baş verə bilər. Banan başda olmaqla yaşıl yarpaqlı tərəvəzlər və portağala bol kalium daxildir.

Ürək çatışmazlığı dərmanı ilə qara biyan

Qara biyan kökündə olan qliserizin digoksinlə birləşdikdə ürək döyüntüsünün pozulmasına səbəb olur. Biyan kökü həmçinin qan təzyiqi dərmanlarının, ağrıkəsicilərin, doğuşa nəzarət həblərinin və qan durulaşdırıcıların təsirini də azalda bilər.

Qan durulaşdırıcılarla ispanaq

İspanaq və digər tünd yaşıl yarpaqlı tərəvəzlərdə olan K vitamini qan durulaşdırıcıların təsirini azalda və laxtalanma riskini artıra bilər. Kələm və brokoli də qaçınılması lazım olan tərəvəzlərdir.

Antibakterial preparatlarla emal olunmuş ət

Tərkibində tiramin amin turşusu olan salam, kolbasa və hisə verilmiş və ya emal edilmiş ətləri istehlak etdikdən sonra bakterial infeksiyalar üçün dərman qəbul etmək qan təzyiqində qəfil sıçrayışlara səbəb ola bilər. Banan, avokado, şokolad və spirtdə də amin turşuları var.

Xolesterol dərmanı ilə qreypfrut

Qreypfrut və onun suyu qan dövranınızdakı xolesterin səviyyəsini artırır. Bu, insanı dərmanların yan təsirlərinə, xüsusən də ayaq ağrılarına həssas edir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun