Yandex watch
Hamımız iştahla yeyirik:

Saç tökülməsi müxtəlif səbəblərdən yarana bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, genetik faktorlar, yanlış saç baxımı məhsulları və stress bu prosesdə mühüm rol oynayır. Digər vacib amil isə qidalanma vərdişləridir. Bəzi qidalar saçın sağlam böyüməsinə kömək etsə də, digərləri əks təsir göstərə bilər.

Tuna balığı saç tökülməsini tətikləyə bilər

Tuna çoxumuzun sevərək istehlak etdiyi və sağlamlıq üçün faydalı hesab etdiyi bir qida olsa da, tərkibindəki yüksək civə miqdarı saç tökülməsinə səbəb ola bilər. Araşdırmalar göstərir ki, yüksək civə səviyyəsi saç follikullarını zəiflədərək onların tökülməsinə gətirib çıxara bilər. Eyni risk skumbriya və qılınc balığında da mövcuddur.

Digər tərəfdən, qızılbalıq, sardina və treska kimi omeqa-3 yağ turşuları ilə zəngin balıqlar saç sağlamlığını dəstəkləyir və tökülmə riskini azalda bilər. Əgər saç tökülməsi problemi yaşayırınızsa, balanslı qidalanmağa diqqət yetirmək və həkim məsləhəti almaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az