Hamiləlik dövründə qadın orqanizminə təzyiq artır. Bu dövrə qədər bədəndə xəstəlik və vitamin çatışmazlığı olubsa, dölün bətndaxili inkişafına da təsir edəcək.
E-saglam.az xəbər verir ki, erkən yaşlarda keçirilmiş xəstəliklər, hamiləliyin gedişatına təsir edə bilər. İrsi patologiyalar gələcək analarda özünü göstərməsə də, körpənin sağlamlığında öz əksini tapa bilər.
Nəticə olaraq qeyd edə bilərik ki, hamiləliyə qədər həkim müayinəsindən keçmək həm ana, həm də gələcək körpənin sağlamlığı üçün vacibdir.
Müayinə zamanı mütəxəssis bir sıra analizlər təyin edə, nəticələrə uyğun olaraq hamiləliyin gələcək gedişatının necə keçə biləcəyini müəyyənləşdirə bilər.