Yandex watch
Günorta yuxusunun beyin üçün

Yeni araşdırmaya görə, günorta yuxusu, xüsusilə REM yuxusu, beynin problem həll etmə bacarıqlarını artırır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Texas Dövlət Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, yuxu zamanı beynimiz keçmiş təcrübələrdən daha səmərəli istifadə edərək yeni problemlərin həllində daha uğurlu olur.

Tədqiqat necə aparılıb?

58 nəfərin iştirak etdiyi araşdırmada onlara iki fərqli problem dəsti təqdim edilib. Birinci dəstin həll yolları izah edilib, ikinci dəst isə göstərişsiz verilib. Daha sonra iştirakçılar 2 saatlıq fasilə ediblər: 28 nəfər yatıb, 30 nəfər isə oyaq qalıb. Yuxu qrupu REM yuxusunda keçirdikləri vaxt EEG cihazı ilə ölçülüb.

Fasilədən sonra aparılan testlər göstərib ki, yatanlar, xüsusilə də REM yuxusunda daha çox vaxt keçirənlər, problemləri daha uğurla həll ediblər.

REM yuxusunun rolu

Araşdırma REM yuxusunun zehni elastikliyi artırdığını və yaradıcı düşüncəyə töhfə verdiyini sübut edir. Alimlər hesab edirlər ki, REM yuxusu yeni məlumatları əvvəlki təcrübələrlə əlaqələndirərək beynin daha effektiv işləməsinə kömək edir.

Günorta yuxusu xüsusilə yaradıcı problemlərin həllində və beyin fəaliyyətinin gücləndirilməsində mühüm rol oynayır.

Tərcümə: Könül Oruc

E-saglam.az