Diyetoloq bəzi gündəlik qida və içkilərin tərkibində gizli spirt izlərinin ola biləcəyi barədə xəbərdarlıq edib.
E-saglam.az xəbər verir ki, qastroenteroloq Nuriya Dianova kefir, ayran, kumiss, kvas və kombuça kimi fermentləşdirilmiş məhsullarda təbii şəkildə az miqdarda spirt yarandığını bildirib.
Onun sözlərinə görə, çox yetişmiş meyvə və giləmeyvələr də uzun müddət saxlanıldıqda mayalanmağa başlayır və bu zaman tərkibində spirt səviyyəsi arta bilər. Bu məhsullarda spirt miqdarı adətən 1% civarındadır, lakin kumissdə 2,5%-ə qədər yüksələ bilər.
Həkim vurğulayıb ki, bu cür məhsullar hamilə qadınlara, uşaqlara, qaraciyər xəstələrinə, ürəkbulanma və ya onkoloji xəstəlikləri olan insanlara tövsiyə edilmir.
Tərcümə: Könül Oruc