Yeni araşdırmaya görə, gündə 22 dəqiqə idman edən insanlarda xroniki xəstəliklər riski azalır.
E-saglam.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında (ABŞ) Ayova Universitetinin Sağlamlıq Tibb Mərkəzində xəstələr arasında fiziki fəaliyyət səviyyələri ilə bağlı sorğu aparılıb.
Tədqiqat çərçivəsində 7 mindən çox iştirakçıya çatılmış və müəyyən xəstəliklərə yoluxma riskinin fiziki fəaliyyət sayəsində əhəmiyyətli dərəcədə azaldığı müəyyən edilmişdir.
Həftədə 150 dəqiqə idman etdiyini deyən insanların ürək-damar xəstəlikləri, xərçəng, tənəffüs xəstəlikləri və diabet də daxil olmaqla 19 xroniki xəstəliyə tutulma ehtimalının statistik olaraq daha az olduğu müəyyən edilib.
Mütəxəssislər fiziki fəaliyyətin bir çox xəstəliyə təsir etdiyini vurğulayaraq, xüsusilə orta yaşdan etibarən müntəzəm idmanla məşğul olmaq lazım olduğunu bildiriblər.
Tərcümə: Könül Oruc