Qidalanma
Gündə 1 yumurta yeməklə özünüzü
Qidalanma

Gündə 1 yumurta yeməklə özünüzü bu ağır xəstəlikdən qoruyacaqsınız

Çin alimləri araşdırma zamanı aşkar ediblər ki, hər gün 1 yumurta yeməklə insult riskini xeyli azaltmaq mümkündür.

E-saglam.az xarici KİV-lərə istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Heart" jurnalında dərc olunub.

Pekin Universitetinin alimləri 9 il ərzində, yaşı 30-dan 79-a qədər olan 420 min (!) insanın qidalanma vərdişləri və sağlamlıq göstəricilərini araşdırıb. Nəticədə mütəxəssislər müəyyən ediblər ki, hər gün yumurta yeyən insanlarda bu məhsulu yeməyən və ya nadir hallarda yeyənlərə nisbətən insult riski 26%, insultdan ölüm riski isə 28% daha azdır.

Bundan əlavə, yumurta yeyən insanlarda digər ürək-damar xəstəliklərinin riski də 18% daha azdır.

Alimlərin fikrincə, yumurtanın orqanizmə müsbət təsiri onun tərkibindəki asan mənimsənilən zülallar, vitaminlər, fosfolipidlər və karotinoidlər ilə əlaqədardır.

Tədqiqatçılar, ağır ürək və damar xəstəliklərindən qorunmaq üçün hər gün yumurta yeməyi tövsiyə edirlər.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun