Gündə 1 stəkan nar dənəsi yesəniz GÖRÜN NƏ OLAR?
Gündə 1 stəkan nar dənəsi yesəniz GÖRÜN NƏ OLAR?

Nar kalium, maqnezium, natrium, kalsium, sink və dəmir kimi minerallarla zəngin bir meyvədir.

E-saglam.az xarici KİV-ə istinadən xəbər verir ki, Qidalanma və Pəhriz Mütəxəssisi Tuba Sunqur gündə 1 stəkan nar dənəsi yeməyin faydalarını sadalayıb.

Oynaq ağrılarına yaxşı təsir edir. 

Yüksək antioksidant tərkibi ilə orqanizmdə xroniki iltihabın qarşısını ala bilir və bədəndəki iltihabın azalmasına dəstək olur. Bu təsirlər sayəsində oynaq ağrılarının aradan qaldırılmasına və artrit kimi oynaq xəstəliklərinin müalicəsinə kömək edir.

Damarları qoruyur

Araşdırmalara görə, yüksək antioksidant qabiliyyətinə malik nar suyu LDL (bədxassəli) xolesterini aşağı sala bilir və trombositlərin aktivləşməsini azaldaraq aterosklerozun (damarların sərtləşməsi) qarşısını alır.

Dəridəki qırışları gecikdirə bilər

Yaş artdıqca bədəndə antioksidanların istehsalı yavaşlayır. Bədəndə antioksidantların azalması da dəridə qırışların yaranmasına və sürətlə qocalmasına səbəb olur. Tərkibindəki zəngin antioksidantlar sayəsində nar dəridə qırışların əmələ gəlməsini gecikdirir və qocalmanın təsirlərini azaldır. Nar dənələrində olan punik turşusu (omeqa 3 yağ turşusu) dərinin nəm itkisini azaltmağa kömək edir və qocalmanın təsirini ləngidir.

Qan şəkərini balanslaşdırmağa kömək edir

Lif qan şəkərinin tənzimlənməsini dəstəkləyən vacib amillərdən biridir. Tərkibindəki zəngin lif sayəsində nar dənələri qan şəkərini balanslaşdırmağa kömək edir.

Şişlərə qarşı təsirli ola bilər

Narın tərkibindəki zəngin antioksidantlar orqanizmi xəstəliklərə qarşı daha davamlı edir. Xərçəngə qarşı qoruyucu təsir göstərir və xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır. Araşdırmalar göstərib ki, nar şirəsi içmək prostat və kolon xərçənginə qarşı profilaktik təsir göstərir.

Yaddaşı gücləndirir

Narın tərkibindəki antioksidan komponentlər və xüsusilə də ləpəsində olan əvəzolunmaz yağ turşusu olan punik turşusu yaddaşı gücləndirmək kimi mühüm funksiyaya malikdir. Bu təsirindən ötəri narın Alzheimer xəstəliyinin müalicəsində mühüm rol oynayır.

Qəbizliyə yaxşı gəlir

Qeyri-kafi lif qəbulu qəbizliyin ən çox görülən səbəblərindən biridir. Tərkibində çox yüksək lif olan nar qəbizliyə yaxşı təsir edir. Təkcə nar yemək deyil, nar suyu içmək də qəbizliyi aradan qaldırmağa və qarşısını almağa kömək edir. Ancaq unudulmamalıdır ki, narın çox istehlakı həddindən artıq lif qəbuluna və qəbizliyə səbəb ola bilər. /lent.az