Qidalanma
Gün ərzində neçə diş sarımsaq yemək olar və hansı xəstəliyə xeyirlidir? -
Qidalanma

Gün ərzində neçə diş sarımsaq yemək olar və hansı xəstəliyə xeyirlidir? - Həkim açıqladı

E-saglam.az xəbər verir ki, diyetoloq Elena Solomatina "Veçernaya Moskva" ilə söhbətində sarımsağın bu gözlənilməz faydalı xüsusiyyətindən danışarkən deyib.

Diyetoloq sarımsağın yaxşı bir qan durulaşdırıcı olduğunu və buna görə aterosklerozlu insanlar üçün faydalı ola biləcəyini izah etdi. Lakin Solomatina xəbərdarlıq etdi ki, əgər bir insanın qanın durulmasına ehtiyacı yoxdursa və əksinə, qan laxtalanmasının normal səviyyədə olması vacibdirsə, bu halda sarımsağı pəhrizdən tamamilə çıxarmaq lazımdır.

Mütəxəssis həmçinin mədə-bağırsaq problemi olan insanları sarımsaqdan uzaq durmağa çağırıb. O, efir yağlarının bağırsağın selikli qişasını qıcıqlandırdığını və xəstəliyin kəskinləşməsinə səbəb ola biləcəyini izah etdi.

Həkim deyir ki, sağlam insanlar da sarımsağı çox istifadə etməməlidirlər. Onun sözlərinə görə, hər bir insanın öz norması var, amma orta hesabla gündə bir diş sarımsaq yemək kifayətdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun