Faydalı
Gülüşün gözlənilməz faydası
Faydalı
176

Gülüşün gözlənilməz faydası məlum oldu

Mayo Klinikasının həkimləri gülüşün sağlamlığı yaxşılaşdırdığını bildiriblər.

E-saglam.az xəbər verir ki, gülüşün sağlamlığa gözlənilməz təsirini "Publimetro" ekspertlərə istinadən açıqlayıb.

Həkimlərin fikrincə, gülüşün həm qısamüddətli, həm də uzunmüddətli faydaları var. Bunlardan birincisinə orqan və toxumaların oksigenləşməsi, stress reaksiyasının azalması, qan dövranının yaxşılaşması və əzələlərin rahatlaması daxildir.

Gülüşün uzunmüddətli sağlamlıq faydalarına gəlincə, həkimlər onun ağrıları yüngülləşdirə, immuniteti gücləndirə, əhval-ruhiyyəni yaxşılaşdıra və psixi pozğunluq riskini azalda bilər. Bu baxımdan, onlar mümkün qədər tez-tez gülməli fotolara, filmlərə və jurnallara baxmağı, zarafatlar və gülməli videolar olan internet saytları axtarmağı tövsiyə edirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun