Psixologiya
Gülüş, yoxsa ürək: Emojilər xarakterinizdən
Psixologiya
265

Gülüş, yoxsa ürək: Emojilər xarakterinizdən xəbər verir

Gündəlik yazışmalarda istifadə etdiyimiz emojilər təkcə əhval-ruhiyyəmizi deyil, şəxsiyyətimizi də əks etdirə bilər.

 

E-saglam.az xəbər verir ki, psixoloqlar bildirirlər ki, insanlar daha çox istifadə etdikləri emoji ilə xarakterlərini də ortaya qoyurlar.

😂 Ucadan gülmək – Şən və pozitiv insanları simvollaşdırır. Bu emojini sevənlər çətin anlarda belə gülümsəməyi bacarır.

❤️ Qırmızı ürək – Sevgi dolu, sadiq və duyğusal insanlara aiddir. Romantik və münasibətlərə önəm verənlərin seçimidir.

🙃 Ters təbəssüm – Duyğularını gizlədən, lakin içində fırtınalar yaşayanların göstəricisidir. Həm də zarafatla özünü müdafiə edənlərdə olur.

😎 Eynəkli gülümsəmə – Özünə güvənən, “sərin” və hər zaman diqqət çəkən insanlara uyğun gəlir.

🤡 Kloun üzü – Özünə gülməyi bacaran, amma içində fərqli tərəfləri olan insanları göstərir. Cəmiyyətə qarşı yumorla cavab verənlərin emojisi sayılır.

🤔 Düşünən üz – Sual verməyi sevən, təfərrüatlara diqqət edən, analitik düşüncəli insanların seçimidir.

✨ Parıltı – Ümidli, yaradıcı və pozitiv enerjili insanları təmsil edir.

💅 Dırnaq boyası çəkən əl – Özünə qulluq edən, özünü ifadə etməyi sevən və görünüşünə diqqət yetirən insanlara aiddir.

🐍 İlan – Strategiyanı və intuisiyanı sevən, ayıq və ağıllı insanlar tərəfindən istifadə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun