Psixologiya
Gözələ baxmaq savab deyil, sağlamlığa ziyan imiş...
Psixologiya

Gözələ baxmaq savab deyil, sağlamlığa ziyan imiş...

İspaniyada aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, gözəl qadınlar ilə kişilərin psixi sağlamlığı arasında maraqlı əlaqə vardır.

Yaz aylarında aparılan araşdırma kişi psixologiyasının maraqlı nüanslarını ortaya çıxarmışdır. Gözəl, "baxmağa doymadığımız” qadınlar psixi səhhətimizə ziyanmış...Tətqiqat İspaniyada Valensiya Universitetində 84 kişi üzərində aparılıb.

Eksperiment zamanı tətqiqatın məğzinin nə olduğunu bilməyən iştirakçı kişilər ayrı ayrı vaxtlarda tək-tək Sudoku həll etmək üçün bir otağa salınır. Hər bir iştirakçı otaqda ilk öncə bir kişi ilə, sonra isə gözəl bir xanımla bir müddət yalnız buraxılır. Hər müddətin sonunda iştirakçılardan ağız suyu nümunəsi götürülür. Öz həmcinsi ilə eyni otaqda olan zaman iştirakçının kortizol səviyyəsi dəyişmədiyi halda, bir xanımla otaqda olan zaman isə ifrat dərəcədə artdığı aşkar olundu. Şüuraltı olaraq "gözəl birinə sahib olmaq lazımdır” istəyini daşıyan kişilər, əldə edə bilməyəcəkləri bir qadınla eyni mühitdə olduqlarında həyəcana qapılırlar və təşviş keçirirlər. Bu da hormonal disbalansa gətirib çıxarır.Ən sonda isə yüksək kortizol səviyyəsinin ürək problemlərinə yol aça biləcəyi də xüsusilə qeyd olunmuşdur.

Psixoloq Mikayıl Əli

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun