Yandex watch
Göz sağlamlığınızı bu qidalarla qoruyun:

Qoz-fındıq və qurudulmuş meyvələr göz sağlamlığını qorumaq və görmə qabiliyyətini yaxşılaşdırmaq üçün vacib qida maddələri ilə zəngindir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, anakardiya, qoz, badam, püstə, kişmiş, xurma və ərik A, C və E vitaminləri, sink, omeqa-3 yağ turşuları və antioksidantlar baxımından zəngin olmaqla gözləri oksidləşdirici stressdən və yaşa bağlı xəstəliklərdən qoruyur.

Qoz omeqa-3 yağ turşuları sayəsində göz hüceyrə membranlarının qorunmasına və qan dövranının yaxşılaşmasına kömək edir. Badam E vitamini ilə sərbəst radikalların təsirini azaldaraq makula degenerasiyası və katarakt riskini aşağı salır. Püstə və anakardiya lutein və zeaksantin tərkibi ilə gözləri ultrabənövşəyi şüalardan qoruyur və görmə kəskinliyini artırır.

Kişmiş və xurma antioksidantlarla zəngin olub göz yorğunluğunun qarşısını alır, quru ərik isə beta-karotin və A vitamini ilə gecə korluğunu önləyir. Bu qidaların balanslı şəkildə pəhrizə daxil edilməsi görmə funksiyasını dəstəkləyir və uzunmüddətli göz sağlamlığını qorumağa kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az