Oftalmologiya mütəxəssisi Op. Dr. Serdar Marol bildirir ki, gözün qaşınması yalnız müvəqqəti narahatlıq deyil, həm də keratokonus kimi qalıcı göz xəstəliklərinə səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, yaz aylarında havadakı polen və digər allergenlər səbəbindən gözlərdə qaşınma, sulanma və qızartı kimi şikayətlər artır. Bu hallar, xüsusilə allergik bünövrəyə malik insanlarda, allergik konjonktivitin əlaməti ola bilər.
Dr. Marol qeyd edir ki, çəhrayı göz kimi vəziyyətlərdə xəstələr adətən qaşınma, qızartı, sulanma və işığa qarşı həssaslıqla müraciət edirlər. Bu simptomların əsas səbəbi allergenlərlə birbaşa təmasdır.
Müalicənin əsası həmin təmasın qarşısını almaqdır. Bu məqsədlə günəş eynəyi taxmaq, tozlu mühitdə şapka istifadə etmək və üzünüzü tez-tez yumaq tövsiyə olunur. Üz yumağın məqsədi sadəcə təmizlik deyil, allergenlərin gözdə qalma müddətini azaltmaqdır.
Göz qaşımaq bu prosesi daha da pisləşdirə bilər. Hər qaşıma yeni qaşınma dövrünü başladır və bu, zamanla daha ciddi problemlərə gətirib çıxara bilər. Xüsusilə uşaqlarda bu vərdiş göz formasında dəyişikliklərə və keratokonus kimi xəstəliklərə səbəb ola bilər.
Dr. Marol bildirir ki, allergiyaya qarşı dərmanlar yalnız mövcud simptomları yüngülləşdirir, lakin gələcəkdə baş verə biləcək reaksiyaların qarşısını almır. Əsas məqsəd allergenlərlə təması minimuma endirmək və qoruyucu tədbirləri gündəlik həyatın bir hissəsinə çevirməkdir.
Tərcümə: Könül Oruc