Sağlamlıq
Gəzintidən daha çox fayda əldə etməyin yolu üzə çıxıb:
Sağlamlıq
143

Gəzintidən daha çox fayda əldə etməyin yolu üzə çıxıb: Dəqiqədə neçə addım atmaq lazımdır?

Çikaqo Universitetinin exokardioqrafiya mütəxəssisi Daniel Rubin yeriməyin sağlamlığa təsiri ilə bağlı maraqlı nəticələr açıqlayıb. Onun sözlərinə görə, sürətli templə yerimək adi sürətə nisbətən bədənə daha çox fayda verir.

E-saglam.az xəbər verir ki, Rubin və həmkarları bir neçə ay ərzində yaşlı insanlardan ibarət iki qrup üzərində müşahidələr aparıblar. Birinci qrup könüllülər orta hesabla dəqiqədə 80 addım, ikinci qrup isə dəqiqədə 100 addım atıblar. Tədqiqat nəticəsində məlum olub ki, sürətin artırılması funksional imkanların yaxşılaşması ilə birbaşa əlaqəlidir.

Mütəxəssis qeyd edib ki, əgər yerimə sürətinizi adi ritmə nisbətən dəqiqədə 14 addım artırırsınızsa, gəzintidən əldə etdiyiniz fayda nəzərəçarpacaq dərəcədə yüksəlir.

Rubinin fikrincə, sürətli yerimə yalnız fiziki gücü və dözümlülüyü artırmır, həm də hərəkətliliyi və gündəlik enerji səviyyəsini yüksəldir. Bundan başqa, bu sadə fiziki fəaliyyət ürək-damar sistemi, qan dövranı, ağciyər funksiyaları və immunitet üçün də olduqca faydalıdır.

Mütəxəssis sonda vurğulayıb ki, sadə bir vərdiş olan gəzinti, düzgün temp seçildikdə, sağlam həyatın açarlarından birinə çevrilə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun