Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, general-leytenant Ənvər Əfəndiyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı vəzifəsindən azad olunub.