"Gənc qan donorlarının ictimai müzakirə platforması"
"Gənc qan donorlarının ictimai müzakirə platforması"

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Qan Donorları Assosiasiyasının təşkilatçılığı və Mərkəzi Qan Bankı, Qırmızı Ürəklər Fondu, Azərbaycan Talassemiya Federasiyasının  tərəfdaşlığı ilə 11-13 iyun 2024-cü il tarixlərində respublikada qan donorluğunun inkişafına dəstək məqsədi ilə "Gənc qan donorlarının ictimai müzakirə  platforması" layihəsi keçirilib. 

Bu barədə E-saglam.az-a Qan Donorları Assosiasiyasından məlumat verilib.

Bildirilib ki, layihədə 18-29  yaş arası gənc qan donorları və irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslər iştirak edib. Layihə müddətində iştirakçılara qan donorluğun əhəmiyyətini ətraflı izah edən eyni zamanda irsi qan xəstəlikləri haqqında məlumat xarakterli təlimlər keçirilib. Bir neçə gün davam edən layihədə iştirakçılar yaşayış, eyni zamanda qidalanma ilə təmin olunublar. 

Layihədə regionlardan gələn gənclərə sağlam həyat tərzi, eyni zamanda qan donorluğu haqqında geniş məlumatlar verilib. Gənclərin regionlarda Mərkəzi Qan Banklarının fəaliyyətinə könüllü olaraq cəlb olunmasına dəstək olunub. Layihənin sonunda bütün iştirakçılar sertifikatlarla təltif olunub.

E-saglam.az