Yandex watch
Gecələr makaron yemək kökəldirmi? -

Hər evin mətbəxində rast gəlinən və qatıq, sous, tomat pastası ilə birlikdə tez-tez istehlak edilən makaron ən sevilən qidalardan biridir. Hazırlanması asan və praktik olduğu üçün çox seçilən makaron haqqında "xəmirdir, kökəldir" ifadəsi geniş yayılıb. Xüsusilə gecələr ani aclıq krizlərini yatırmaq üçün makaron tez-tez yeyilir. Ancaq gecələr makaron yemək həqiqətən kökəlməyə səbəb olurmu?

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, əgər bir porsiyadan çox yemək və ya yüksək kalorili souslar seçmək kimi yanlış yanaşmalar edilməzsə, makaron kökəlməyə səbəb olmaya bilər. Daha sağlam seçim üçün tam taxıl və ya tam buğda makaronunu tərəvəzlərlə birgə yemək tövsiyə edilir. Bu növ makaron ağ makaronla müqayisədə daha az kaloriyə malikdir və daha uzun müddət toxluq hissi təmin edir.

Kökəlməyə səbəb ola bilərmi?

Makaronun kökəlməyə səbəb olub-olmaması yediyiniz porsiyanın ölçüsündən və ümumi kalori ehtiyacınızdan asılıdır. Gün ərzində sərf etdiyinizdən daha çox kalori qəbul etsəniz, çəki artımı qaçılmazdır. Xüsusilə böyük porsiyalar və yağlı souslarla müşayiət olunan makaron kökəlməyə gətirib çıxara bilər. Lakin pomidor və tərəvəz sousları kimi aşağı kalorili əlavələrlə hazırlanmış tam buğdalı makaron bu riski azaldır.

Gecə saatlarında makaron yemək

Gecələr makaron yemək maddələr mübadiləsini ləngitmir, lakin yuxuya yaxın vaxtda ağır yemək mədə narahatlığına və yuxu keyfiyyətinin azalmasına səbəb ola bilər. Bundan əlavə, gec saatlarda metabolik sürət daha yavaş olduğu üçün karbohidratla zəngin qidaların istehlakı çəki artımına gətirib çıxara bilər.

Gecələr makaron yemək istəyənlər üçün tövsiyələr:

- Kiçik porsiyalar seçin.

- Daha sağlam seçim üçün makaronu tərəvəz və ya zülallarla zənginləşdirin.

- Yuxudan bir neçə saat əvvəl yeməyi dayandırın.

- Tam buğdalı makarona üstünlük verin və qaymaqlı, yağlı souslardan uzaq durun.

Makaron istehlakı ilə çəki artımı arasında əlaqə var, lakin bu, daha çox porsiya ölçüsü və ümumi qida balansınızla bağlıdır. Sağlam üsullarla hazırlanan və məhdud miqdarda istehlak edilən makaron heç də hər zaman kökəlməyə səbəb olmur.

Tərcümə: Könül Oruc

E-saglam.az