Yandex watch
Gecə yuxusunun arxasındakı

Alimlər gənclərin yuxu keyfiyyətinin beyin inkişafında həlledici rol oynadığını aşkar ediblər. O, qeyri-kafi və keyfiyyətsiz yuxunun gənclərin əqli və emosional inkişafına mənfi təsir göstərə biləcəyini vurğulayıb. 

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, İngiltərə və Çin alimləri araşdırma çərçivəsində 9-14 yaş arası 3222 gəncin yuxu vərdişlərini araşdırıblar.

Araşdırmada gənclər gecə yatdıqları müddətə görə üç qrupa bölünüb: ən pis yuxu vərdişlərinə malik olanlar (ortalama 7 saat 10 dəqiqə), ən yaxşı yuxu vərdişlərinə malik olanlar (7 saat 25 dəqiqə) və orta yuxu müddəti olanlar (7 saat 21 dəqiqə).

Üç qrup arasında heç bir böyük fərq müşahidə edilməsə də, araşdırma ən yaxşı yatanların oxuma, problem həll etmə və diqqəti cəmləmə kimi koqnitiv testlərdə daha yaxşı performans göstərdiyini göstərdi.

Kembric Universitetindən Klinik Neyropsixoloq Prof. Barbara Sahakian "Yuxu müddətindəki fərq kiçik olsa da, biz beyin strukturunda və tapşırıqların icrasında aydın dəyişikliklər müşahidə etdik", - dedi.

Tədqiqat ən uzun yatan qrupun beyin həcminin daha böyük olduğunu, ürək döyüntülərinin daha aşağı olduğunu və beyin əlaqəsinin daha yüksək olduğunu qeyd edib.

İştirakçıların yüzdə 39-unun ən pis yuxu qrupuna daxil olduğu vurğulansa da, mütəxəssislər nizamlı yuxu vərdişlərinin yeniyetməlikdə beyin inkişafı üçün kritik olduğuna diqqət çəkiblər.

Könül Oruc

E-saglam.az