Gözəllik-dəb
Gecə üzünə 1 damla sürtən
Gözəllik-dəb

Gecə üzünə 1 damla sürtən səhər cavan oyanır

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, ərik çəyirdəyi yağı dəriyə qulluq üçün təbii və təsirli bir vasitədir. Tərkibindəki E vitamini və zəngin qida maddələri sayəsində dərinin təbii nəm balansını qoruyur, qırışları azaldır və elastikliyini artırır. Bu yağ sərbəst radikallardan qoruyaraq dərini qocalma əlamətlərinə qarşı müdafiə edir, incə xəttləri və ləkələri azaldır. Həmçinin, dəridəki piqmentasiya pozuntularını aradan qaldırır və parlaqlığını artırır.

Ərik çəyirdəyi yağı sızanaq və iltihab problemlərinə qarşı təsirlidir, dərini sakitləşdirir və yenilənmə prosesini sürətləndirir. Kollagen istehsalını dəstəkləyərək dərinin möhkəmliyini qorumağa kömək edir. Yüngül quruluşu sayəsində bütün dəri tiplərinə uyğundur, tez əmilir və yağlı hiss buraxmır.

Baş dərisinə tətbiq edildikdə də faydalıdır, saçları sağlam və parlaq edir, baş dərisini nəmləndirir və kəpək yaranmasının qarşısını alır. Gecə yalnız bir damcı tətbiq etmək səhər cavan və təravətli dəriyə qovuşmağa kömək edir. Təbii nəmləndirici və kollagen dəstəyi ilə bu yağ, dəriyə canlılıq və sağlamlıq bəxş edən təsirli bir vasitədir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun