Sağlamlıq
Gecə edilən 4 ümumi səhv:
Sağlamlıq

Gecə edilən 4 ümumi səhv: Səssizcə bədənə zərər verən vərdişlər

Gecə saatları istirahət və bərpa üçün vacib dövrdür. Lakin bu zaman fərqində olmadan etdiyimiz bəzi vərdişlər səssizcə orqanizmə zərər verə bilər.

E-saglam.az xəbər verir ki, qastroenteroloq Dr. Saurabh Sethi gecə sağlamlığına mənfi təsir göstərən dörd əsas davranışı bölüşür və onların qarşısını almağın yollarını izah edir.

Yatmazdan əvvəl ağır yemək yemək

Axşam saatlarında zəngin və yağlı qidaların qəbulu həzmi çətinləşdirir, insulinin səviyyəsini artırır və yuxunun keyfiyyətini aşağı salır. Dr. Sethi axşam yeməyinin yatmazdan ən azı 2-3 saat əvvəl bitirilməsini tövsiyə edir. Gec saatlarda qida qəbulu reflü və maddələr mübadiləsi pozğunluqları riskini artırır.

Gec saatlarda kofein qəbul etmək

Kofein bədəndə 5-6 saat aktiv qalaraq yuxuya getməni çətinləşdirir və yuxunun keyfiyyətini azaldır. Mütəxəssis yatmazdan ən azı altı saat əvvəl kofeinli içkilərdən uzaq durmağı məsləhət görür. Tədqiqatlar göstərir ki, günün sonuna yaxın qəbul edilən kofein növbəti gün enerji və diqqət səviyyəsinə mənfi təsir edə bilər.

Telefon və ekranlardan istifadə

Yatmazdan əvvəl telefondan uzun müddət istifadə melatonin hormonunun ifrazını azaldır. Bu hormon yuxunun tənzimlənməsi üçün vacibdir. Telefonun mavi işığı yuxuya getməni gecikdirə və bədən ritmini poza bilər. Dr. Sethi yatmazdan bir saat əvvəl bütün ekranlardan uzaqlaşmağı tövsiyə edir.

Stresli düşüncələr və psixi gərginlik

Gecə saatlarında psixoloji gərginlik bağırsaq sağlamlığını da poza bilər. Beyin və bağırsaq arasında mövcud olan əlaqə səbəbindən xroniki stres həm həzmə, həm də yuxuya mənfi təsir göstərir. Bu səbəbdən Dr. Sethi yatmazdan əvvəl dərin nəfəs alma, yoqa və meditasiya kimi rahatlaşdırıcı metodlara üstünlük verir.

Bu sadə qaydalara əməl etməklə həm bədəninizə zərər vuran gecə vərdişlərindən uzaqlaşa, həm də daha keyfiyyətli yuxu rejimi formalaşdıra bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun