Mədəniyyət Nazirliyi Füzulidə Mərkəzi Kitabxana binasında baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən E-saglam.az-a verilən məlumata görə, yanğın fevralın beşində təqribən saat 18:30 radələrində Füzuli rayon Zobcuq qəsəbəsində yerləşən Füzuli Rayon Mərkəzi Kitabxanasının inzibati binasında qeydə alınıb.
Yanğın qeyri-iş saatında baş verdiyi üçün əməkdaşlar işdə olmayıblar, bu səbəbdən xəsarət alan yoxdur.
FHN-nin əməkdaşlarının müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Hazırda vəziyyət nəzarət altındadır. Dəymiş ziyanın həcmi, hadisənin baş vermə şəraiti araşdırılır.
19:12
Füzulidə Mədəniyyət Evi yanır.
“Report” xəbər verir ki, yanğın axşam saatlarında rayonun Zobcuq qəsəbəsində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsinə çalışılır.
Qeyd edək ki, ümumi sahəsi 500 kvadratmetr olan Mədəniyyət Evində klub icma mərkəzi və Füzuli Mərkəzləşmiş Kitabxana Sisteminin filialı fəaliyyət göstərir.
Yanğının səbəbləri ekspertizanın nəticələrindən sonra məlum olacaq.